Nazarov komandasını məğlubiyyətdən qurtardı

Nazarov komandasını məğlubiyyətdən qurtardı
ÖLKƏ FUTBOLU 22 Aprel 2017 / 18:22 4701
-  A +

Millimizin və “Ertsqebirge Aue” futbolçusu Dmitri Nazarov Almaniyanın 2-ci bundesliqasında növbəti qolunu vurub.

Qol.az-ın məlumatına görə, o, 30-cu turda "Hannover"lə matçda komandasını məğlubiyyətdən qurtarıb. D.Nazarov 90+4 dəqiqədə fərqlənib.

“Ertsqebirge Aue” - "Hannover" - 2:2
Qollar:
Valdemar Anton, 3 (0:1), Paskal Koepke, 35 (1:1), Martin Hanrik, 59 (1:2), Dmitri Nazarov, 90+4 (2:2)

Qeyd edək ki, D.Nazarov sözügedən matçda 90 dəqiqə meydanda olub.

O, bu mövsüm 24 oyunda 8 qol vurub (6-sını penaltidən), 1 qolun ötürməsini verib.

Əlavə edək ki, “Ertsqebirge Aue” 30 turdan sonra 33 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki