“Barselona” İnyestaya yeni müqavilə təklif edib

“Barselona” İnyestaya yeni müqavilə təklif edib
XƏBƏR 22 Aprel 2017 / 15:46 2295
-  A +

“Barselona” yarımmüdafiəçisi Andres İnyestaya 2+1 illik yeni müqavilə təklif edib.

Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, təcrübəli futbolçu klubuna cavab vermək üçün vaxt istəyib.

Andres İnyesta ilə “Barselona”nın qüvvədə olan müqaviləsi 2018-ci ilin yayında başa çatır.

Qəzet iddia edib ki, İnyesta müqaviləni artıracağı halda gələcəkdə yaşının çoxluğu səbəbindən meydana az-az buraxılacağından ehtiyatlanır.

Qeyd edək ki, gələn ay İnyestanın 33 yaşı tamam olur.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord