Perez “Real”a daha bir superulduz gətirir – siyahı

Perez “Real”a daha bir superulduz gətirir – siyahı
DÜNYA FUTBOLU 22 Aprel 2017 / 13:03 11809
-  A +

“Real”ın prezidenti Florentino Perez yay transfer pəncərəsində komandasına daha bir ulduz oyunçu almaq istəyir.

Qol.az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, 70 yaşlı Perez klub prezidenliyinə dörd ildən bir keçirilən seçki ərəfəsində azarkeşləri sevindirmək fikrindədir.

Qeyd edək ki, Perez 2013-cü ildəki seçkidən sonra Qaret Beyli “Real”a transfer etmişdi. Bundan dörd il əvvəl isə o, Kriştiano Ronaldo, Kaka, Xabi Alonso və Kərim Benzema kimi ulduzları Madrid klubuna gətirmişdi.

Bildirilir ki, Perezin bu yaykı transfer siyahısında Antuan Qrizmann (“Atletiko”), Kilian Mbappe (“Monako”) və Eden Azar (“Çelsi”) var. Bildirilir ki, seçkidə Perezin rəqibinin olub-olmayacağına baxmayaraq, o, klubunda yeni ulduz görmək istəyir.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı