“Elə bil yasdayıq” – Mourinyo

“Elə bil yasdayıq” – Mourinyo
GÜNDƏM 22 Aprel 2017 / 12:00 4848
-  A +

“Komandamızda durum yaxşı deyil. Elə bil yas içidəyik”.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo deyib.

Onun belə fikirlər söyləməsinə səbəb komandasının kadr problemi ilə üzləşməsidir.

Bu həftə “Anderlext”ə qarşı keçirilən Avroliqa oyununda müdafiəçi Markos Roxo, “MY”nin lidelərindən Zlatan İbrahimoviç zədə alaraq uzun müddətə sıradan çıxıb. Bundan başqa, Kris Smollinq, Fil Cons və Xuan Mata da zədəlidir.

Mouinyonun fikrincə, Ueyn Runi tezliklə hazır olacaq və İbrahimoviçi əvəz edə biləcək.

Xatırladaq ki, hazırda “MY” Premyer Liqada 5-ci yeri tutur.

Daha çox


Son xəbərlər