"Alnımız ağ, başımız ucadır" - Şenol Günəş

"Alnımız ağ, başımız ucadır" - Şenol Günəş
GÜNDƏM 21 Aprel 2017 / 10:14 3593
-  A +

"Beşiktaş"ın baş məşqçisi Şenol Günəş Avropa Liqasının 1/4 finalında "Lion"a penaltilər seriyasında 6:7 hesabı ilə uduzduqları matçı (əsas və əlavə vaxt - 2:1) şərh edib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, Avroliqada mübarizəni dayandırdıqları üçün məyus olduqlarını bildirib:

"Buna baxmayaraq, alnımız ağ, başımız ucadır. Çünki turnirdə 12 matçda 5 qələbə qazandıq, 5 heç-heçə etdik, 2 məğlubiyyət aldıq. Beynəlxalq arenada əzildiyimizi heç düşünmürəm. Təkcə, Kiyev "Dinamo"suna uduzduğumuz matçda yaxşı oynamamışdıq. Orada da başqa hadisələr olmuşdu".

O, penaltilər seriyasında bəxtin böyük rol olduğunu deyib:

"Penaltilərlə bağlı əvvəlcədən çalışmışdıq. Bəzi penalti üçün futbolçu alırsan, ancaq o, bunu düzgün yerinə ytirmir. Artıq bu turnir bitti, daha gələcəyə baxırıq. Növbəti mövsüm Çempionlar Liqasında oynayıb qrupdan çıxmaq istəyirik".

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi