"Traktorsazi" derbini udub, 2-ci pilləyə yüksəldi

"Traktorsazi" derbini udub, 2-ci pilləyə yüksəldi
XƏBƏR 20 Aprel 2017 / 20:14 3056
-  A +

İran çempionatında 28-ci tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, Təbrizin “Traktorsazi” klubu doğma meydanda "İstiqlal"la qarşılaşıb. Derbi Cənubi Azərbaycan klubunun minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
 
Yeganə qolu  87-ci dəqiqədə Məhəmməd İbrahimi vurub.

Bu qələbə ilə xalını 53-ə çatdıran "Traktorsazi" 3-cü yerdən 2-ci pilləyə yüksəlib. İstiqlal" isə 51 xalla 3-cüdür.


Son xəbərlər