Cerrard yenidən “Liverpul” formasında

Cerrard yenidən “Liverpul” formasında
XƏBƏR 20 Aprel 2017 / 18:33 3721
-  A +

"Liverpul"un canlı əfsanəsi Stiven Cerrard yenidən doğma komandasının heyətində meydana çıxacaq.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu ilin yanvar ayında ABŞ-ın "La Qalaksi" klubunda karyerasını başa vuran veteran yarımmüdafiəçi "Sidney"lə keçiriləcək  yoldaşlıq matçında iştirak edəcək.

Mövsümün sonunda keçiriləcək  oyunda Cerrarddan başqa karyerasını bitirmiş "Liverpul"un sabiq futbolçuları  Daniel Agger, Stiv Makmanama və Ceymi Karraqer də iştirak edəcək.

Qeyd edək ki, hazırda Mersisayd klubunun akademiyasında çalışan Cerrardın yayda “Liverpul”un U-18 komandasının baş məşqçisi təyin ediləcəyi gözlənilir.

Son xəbərlər