Ağasəlim Mircavadov: «Kramarenkoya güvənirik»

Ağasəlim Mircavadov: «Kramarenkoya güvənirik»
ÖLKƏ FUTBOLU 8 Mart 2010 / 14:12 2452
-  A +

«Xəzər Lənkəran»ın baş məşqçisi Ağasəlim Mircavadov «Qarabağ»a qarşı dünən keçirilən ölkə kubokunun 1/4 final mərhələsinin ilk matçında (2:1) istədikləri oyunu nümayiş etdirə bilmədiklərini söyləyib. Qol.Az-ın müxbiri ilə söhbətində buna meydançanın durumunun böyük təsiri olduğunu bildirən A.Mircavadov hər iki komandanın əzmkarlığından razı qaldığını deyib: «İlk hissədəki oyunumuz məni qane etdi. Amma ikinci 45 dəqiqədə zəif oynadıq. Xüsusən futbolçularımız ilk qolu vurduqdan sonra çox arxayınlaşmışdılar. Meydançanın bərbad halda olması da istəyimizə əngəl oldu. «Qarabağ»ın fərqləndiyi epizoda gəlincə, onların heç birində qol epizodu yox idi».
A.Mircavadov dünənki oyunda bir sıra kobud səhvlərə yol verən Dmitri Kramarenko ilə bağlı bunları deyib: «Qarabağ»ın cərimə zərbəsindən vurduğu qolda onun böyük səhvi oldu. Amma bu futboldur, hamı səhv edə bilər. Ümumilikdə isə biz Dmitrii Kramarenkonun peşəkarlığına və təcrübəsinə inanırıq, ona güvənirik».
A.Mircavadovun cavab oyunu ilə bağlı fikirləri isə belə olub: «Kubok yarışları iki oyundan ibarətdir. Biz dünən qələbə də qazansaydıq, heç-heçə də etsəydik, yenə deyərdim ki, hər şey cavab oyununda həll olunacaq. Təkrar qarşılaşmada məsuliyyət daha böyük olacaq. «Qarabağ» da Lənkəranda fərqli taktika ilə oynayacaq. Yəqin ki, əks-hucümlara üstünlük verəcəklər. Bütün hallarda biz meydana mütləq qələbə üçün çıxacağıq».

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord