MOK baş katibinin müavini Velotrekdə olub - Şəkillər

MOK baş katibinin müavini Velotrekdə olub - Şəkillər
XƏBƏR 20 Aprel 2017 / 14:21 1793
-  A +

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev bu gün Respublika Velotrekinə gələrək burada idmançılar üçün yaradılan şəraitlə tanış olub.
 
Bu haqda Qol.az-a Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
 
Federasiyanın baş katibi Fərhad Əliyev qonağa Respublika Velotrekinin muzeyi, BMX meydançası, mini stadion, fitnes klubu, dünyada və Azərbaycanda velosiped idmanının tarixi, ölkəmizdə velosiped idman növünün inkişafı üçün görülən işlər haqqında ətraflı məlumat verilib.

Gördüklərindən məmnun qaldığını deyən Azər Əliyev yaxın vaxtlarda federasiyanın balansında olan Veloparka da gədəcəyini və oradakı şəraitlə yaxından tanış olacağını deyib.
























Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı