Türkiyədə yeni futbol mövsümü nə vaxt başlayır?

Türkiyədə yeni futbol mövsümü nə vaxt başlayır?
XƏBƏR 20 Aprel 2017 / 13:52 3238
-  A +

Türkiyədə 2017/2018  futbol mövsümünün başlama vaxtı məlum olub.

Qol.az-ın Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, superliqa avqustun 11-də, 2-ci və 3-lü liqanın oyunları isə avqustun 26-27-də  start götürəcək.

Bundan başqa, federasiya Türkiyə superkubokunun da vaxtını açıqlayıb. Superliqanın qalibi və Türkiyə kubokunu qazanan komandalar arasında  görüş avqustun 6-da keçiriləcək.

Superkubokun harada oynanılması və superliqanın tam təqvimi qarşıdakı həftələrdə açıqlanacaq.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın