Xedira cəzalı duruma düşdü

Xedira cəzalı duruma düşdü
XƏBƏR 20 Aprel 2017 / 11:26 1727
-  A +

"Yuventus"un futbolçusu Sami Xedira Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyununu buraxacaq.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, buna səbəb onun Çempionlar Liqasının  1/4 finalında "Barselona" ilə cavab matçında sarı vərəqə limitini doldurmasıdır.

Sözügedən görüşdə növbəti xəbərdarlıq alan alman yarımmüdafiəçi cəzalı duruma düşüb.

Qeyd edək ki, "Yuventus" 1/4 finalda "Barselona"nını mübarizədən kənarlaşdıraraq (3:0, 0:0) yarımfinala yüksəlib.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord