Fuad Musayev AFFA-nın loqosunun dəyişdirilməsinə sərt reaksiya verdi

Fuad Musayev AFFA-nın loqosunun dəyişdirilməsinə sərt reaksiya verdi
ÖLKƏ FUTBOLU 8 Mart 2010 / 13:29 2929
-  A +

AFFA-nın sabiq prezidenti qurumun loqosunun dəyişdirilməsinə sərt reaksiya verib. Qol.Az-ın müxbiri ilə söhbətində Fuad Musayev yeni loqu ilə hələ tanış olmadığını söyləyib. F.Musayev bildirib ki, bu gün loqonu əvəzləməklə futbolda nəsə dəyişməyəcək: «Adamın paltarını dəyişə bilərsən, amma özü ki, yerində qalır. Futbol qalıb bir qıraqda, hər şey batıb gedir. AFFA-nın ilk loqosunu Bakının o vaxtkı baş memarı Rəhim Seyfullayev hazırlamışdı. Bizim də xoşumuza gəldi, qəbul elədik. Köhnə loqo Avropada ən yaxşı loqo hesab olunurdu. İndi bunlar loqonu dəyişirlər. Çünki o, Fuad Musayevdən qalmışdı. Musayevin futbolda qurduğu nə varsa, hamısını dağıtmaqla məşğuldurlar. Sözüm yox, dəyişin. Amma futbolu da düzəldin. Dünən «Qarabağ» - «Xəzər Lənkəran» oyununa baxdım. Sadəcə, biabırçılıq idi. 1997-ci ilin futbol çempionatı və kubok oyunları indikindən daha səviyyəli idi. Loqonu dəyişməklə heç bir inkişaf olmayacaq».

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord