Bolqar mətbuatından şok iddia: milyonçunun xanımını sevən Stankov Azərbaycana qaçmaq məcburiyyətində qaldı

Bolqar mətbuatından şok iddia: milyonçunun xanımını sevən Stankov Azərbaycana qaçmaq məcburiyyətində qaldı
DÜNYA FUTBOLU 12 Yanvar 2009 / 19:12 3891
-  A +

“Xəzər-Lənkəran”ın sabiq aparıcı futbolçularından olan Martin Stankov həm də qadınların arzuladlğı kişilərdən olub. Qol.Az-ın bolqar mətbuatına istinadən verdiyi məlumata görə, bu haqda müdafiəçinin sevgilisi - bir vaxtlar Şərqi Avropanın ən varlı adamı olmuş, lakin yaxın vaxtlarda qətlə yetirilən Emil Kyulevin həyat yoldaşı Liliana danışıb. O, 5 il çox yaxın münasibətdə olduğu Stankovun bir kişi kimi görünməyən tərəfələrini açıqlayıb: “Hər bir qadın futbolu sevə bilir, o cümlədən də mən. Amma Martin haqda eşitməmişdim. Onunla bir dostumun təşkil etdiyi şam yeməyində tanış olduq. Münasibətlərimiz dostluq çərçivəsində başladı və get-gedə daha da genişləndi. Stankov bir futbolçu və bir kişi kimi mənim çox xoşuma gəlirdi. Amma ilk vaxtları onun evində keçirmirdım, telefonlarına cavab verirdim və arada görüşürdük. Mənə qızıl üzük bağışlayanda gördüm ki, həqiqətən onun çox xoşuna gəlirəm. Onunla gözəl günlərimiz olub. İmkan tapanda birlikdə səyahətə çixir, əylənir və vaxtımızı şən keçirirdik. Məncə, istənilən qız sevgi üçün hər şeyi edər”. Söhbətin bu yerində Liliana Stankovla münasibətlərinin intim səhnəsini açıqlayıb: “Necə, o yataqdan qalxa bilmirdi? Gülməli və axmaq nağıla oxşayır. Əlbəttə, o rejimdən asılı əhval ruhiyyədə olurdu. Bu vaxt mən əsl ev qadını funksiyasını yerinə yetirirdim. Deyərdim ki, Stankovun evi həmişə təmiz olurdu. Sizi daha nə maraqlandırır? Bizim öpüşümüz? Ooo, bu əla olmuşdu. Təsəvvür edirsiniz, bu necə öpüş idi? Martin çox ehtirasla öpüşürdü. Eyni zamanda incə və romantik idi”. Liliya Stankovla münasibətlərinin digər maraqlı tərəflərinə də toxunub: “İntim söhbət fikrimi qarışdırdı ha (gülür) Hə bizim sevgi tariximiz haqqında sual verdiniz də? Dayanın fikirləşim. Mən televiziyada işlədiyim vaxt bir gün o, mənim evimə şam yeməyinə gəldi. Həmin vaxt içkili olmasam da, onun sevdiyi qisa yubkada idim... Nə isə. Amma sonradan mən başa düşdüm ki, çox vaxt ağılla yox, ehtirasla hərəkət edirəm”. Liliana sonda bir qadın kimi öz cazibədarlıği haqda da danışıb: “Mənim heç vaxt selikonla bağlı problemim olmayıb. Ona görə buna qarşı mübarizəyə də ehtiyacım olmayıb. Əgər insan dərisinin gözəl olmasını görürsə, əlavə heç nəyə ehtiyac qalmır. Bir də bundan depresiyaya düşən qadınları anlamıram. Belə qadınları aşaği səviyyəli hesab edərəm”.
Bolqarıstan mətbuatının başqa bir sensasiyalı iddiasına görə, Liliyananin həyat yoldaşı Emil Kyulevin bu münasibətdən xəbər tutduğunu öyrənən Stankov həyatına təhlükə yaranacağından ehtiyatlanaraq Azərbaycana qaçmaq məcburiyyətində qalıb. Məlumata görə, ölkəmizdə “Xəzər-Lənkəran”la müqavilə imzalayan futbolçu sonradan sui-qəsd nəticəsində Kyulevin öldürüldüyünü eşidən kimi yenidən Bolqarıstana dönüb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın