Avropa Liqasında yarımfinalçılar bəlli oldu

Avropa Liqasında yarımfinalçılar bəlli oldu
DÜNYA FUTBOLU 21 Aprel 2017 / 01:51 15094
-  A +

Bu gün Avropa Liqasının 1/4 final mərhələsinə yekun vurulub.

Qol.az-ın xəbərinə görə, keçirilən 4 oyunla yarımfinalçılar bəlli olub.

Azərbaycanlı futbolsevərlər üçün böyük maraq kəsb edən oyun İstanbulda keçirilib. “Beşiktaş” doğma meydanda “Lion”u qəbul edib. Fransada keçirilən ilk görüşdə 1:2 hesabı ilə uduzan “qara qartallar” matçın əsas vaxtını eyni hesablı üstünlüklə başa vurub. Görüş penaltilərə qədər uzanıb. Burada daha dəqiq olan qonaqlar (7:6) yarımfinala vəsiqə qazanıb. "Mançester Yuneyted", "Ayaks" və "Selta" da növbəti mərhələyə yüksəlib.




Avropa Liqası

1/4 final, cavab oyunları

20 aprel (cümə axşamı)
 
23:05. "Beşiktaş” (Türkiyə) – "Lion” (Fransa) - 2:1 (penaltilər - 6:7)
Qol:
Taliska, 27 (1:0), Lakazette, 34 (1:1), Taliska, 58 (2:1)

"Beşiktaş": ++++++--

"Lion": ++++++-+


İlk oyun – 1:2

23:05. "Şalke” (Almaniya) - "Ayaks” (Hollandiya) - 3:2
Qollar:
Qoretska, 53 (1:0), Burqstaller, 56 (2:0), Kaliquri, 101 (3:0), Vergever, 111 (3:1), Counes, 120 (3:2)
İlk oyun – 0:2
Qırmızı vərəqə:
Veltman, 80 (“Ayaks”)

 

23:05. "Genk” (Belçika) – "Selta” (İspaniya) - 1:1
Qollar:
Sisto, 63 (0:1), Trossard, 67 (1:1)
İlk oyun – 2:3

23:05. "Mançester Yunayted” (İngiltərə) – "Anderlext” (Belçika) - 2:1
Qol:
Mxitaryan, 10 (1:0), Hanni, 32 (1:1), Reşford, 107 (2:1)
İlk oyun – 1:1


Son xəbərlər