Hafiz Məmmədov "Bakı" klubunun yeni bazası ilə tanış oldu (FOTO)

Hafiz Məmmədov "Bakı" klubunun yeni bazası ilə tanış oldu (FOTO)
ÖLKƏ FUTBOLU 8 Mart 2010 / 13:22 3243
-  A +

“Bakı” Futbol Klubunun Biləcəri qəsəbəsindəki təlim-məşq bazasının tikintisi başa çatmaq üzrədir. Dünən klubun prezidenti Hafiz Məmmədov tamamlama işləri ilə yaxından maraqlanmaq üçün bazaya gəlib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, standart ölçüdə olan 2 meydanın vəziyyətindən razılığını dilə gətirən klub prezidenti ərazidəki boş sahələrdən səmərəli istifadə etməyi tövsiyyə edib. Soyunub-geyinmə, massaj otaqları, həmçinin trenajor zalının vəziyyəti Hafiz Məmmədovu razı salıb. Sonra prezident futbolçuların toplanışlar zamanı yaşadıqları binada olaraq, yeməkxanada çay süfrəsi arxasında bir neçə futbolçu ilə söhbət edib. Qarşıdakı matçlarda onlara uğurlar arzulayan prezident Hafiz Məmmədov “Bakı” Futbol Klubunun yeni ofisi ilə də tanış olub.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq