UEFA-dan "Beşiktaş" və "Lion"a 1 illik şərti cəza

UEFA-dan "Beşiktaş" və "Lion"a 1 illik şərti cəza
GÜNDƏM 19 Aprel 2017 / 21:16 4819
-  A +

UEFA Avropa Liqasının 1/4 final mərhələsində keçirilən  “Lion” - “Beşiktaş” ilk oyunu ilə (2:1) bağlı qərarlarını açıqlayıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, hər iki klub 100 min avro məbləğində cərimələnib.

Bundan başqa hər iki komanda şərti olaraq  1 mövsüm avrokuboklardan uzaqlaşdırılıb. Əgər qarşıdakı iki il ərzində hər iki komandanın oyunlarında oxşar hadisə təkrarlansa, qərar qüvvəyə minəcək.
 
Qeyd edək ki, “Lion” - “Beşiktaş” oyunundan öncə yerli və qonaq komandanın azarkeşləri arasında dava olub. Buna görə matç təxminən 50 dəqiqə gec başlayıb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord