Emin “Boavişta”da qalacaqmı? – baş məşqçi danışdı

Emin “Boavişta”da qalacaqmı? – baş məşqçi danışdı
ÖLKƏ FUTBOLU 19 Aprel 2017 / 14:42 5400
-  A +

"Boavişta"nın baş məşqçisi Migel Leal Azərbaycan milli komandasının futbolçusu Emin Mahmudovun klubdan ayrılması ilə bağlı xəbərlərə münasibət bildirib.

Portuqaliyalı mütəxəssis məlumatı təkzib edib.

Lealın sözlərinə görə, 25 yaşlı yarımmüdafiəçimizi göndərmək yox, ondan daha çox faydalanmaq fikri var: "İndiki halda Emin burda qalacaq. O, mənim xoşuma gəlir. Mahmudov böyük futbolçu olacaq".

Xatırladaq ki, "Boavişta"nın millimizin digər üzvü, qapıçı Kamran Ağayevlə müqaviləni pozandan sonra əsas heyətə düşməkdə çətinlik çəkən Eminlə də yollarını ayıcarağı müzakirə mövzusuna çevrilib (sport24.az).

Daha çox


Son xəbərlər