Çempionlar Liqasında ən çox qol vuran 10 futbolçu

Çempionlar Liqasında ən çox qol vuran 10 futbolçu
GÜNDƏM 19 Aprel 2017 / 14:37 20001
-  A +

Madrid "Real"ının futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının 1/4 finalının "Bavariya" ilə cavab oyununda het-trik etməklə qitənin ən nüfuzlu turnirinin tarixinə düşüb.

Qol.az-ın xəbərinə görə, ÇL-də (və əvvəlki Çempionlar kuboku) 100 qol vuran yeganə futbolçunun ən yaxın izləyicisi Lionel Messidir. "Barselona"nın argentinalı hücumçusunun aktivində 94 qol var.

İlk onluqda hazırda karyerasını davam etdirən futbolçulardan Kərim Benzema (51 qol) və Zlatan İbrahimoviçin (48 qol) də adı var. Ancaq Ronaldo ilə bombardirlik yarışında yalnız Messinin mübarizə aparacağını söyləmək olar.

Çempionlar Liqasının 10 ən yaxşı bombardiri

1. Kriştiano Ronaldo (“Mançester Yunayted”, “Real”) - 100

2. Lionel Messi ("Barselona") – 94

3. Raul ("Real", "Şalke") - 71

4. Ruud van Nistelroy (PSV, “Mançester Yunayted”, “Real”) - 56

5. Kərim Benzema (“Lion”, “Real”) - 51

6. Tyerri Anri (“Monako”, “Arsenal”, “Barselona) - 50

7. Alfredo di Stefano ("Real") - 49

8-9. Andrey Şevçenko (“Dinamo” (Kiyev), “Milan”, “Çelsi”) - 48

8-9.Zlatan İbrahimoviç (“Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan”, PSJ) - 48

10. Eysebio ("Benfika") - 47

Daha çox


Son xəbərlər