"Hakimin qərarları nəticəni müəyyənləşdirdi" - Ançelotti

"Hakimin qərarları nəticəni müəyyənləşdirdi" - Ançelotti
GÜNDƏM 19 Aprel 2017 / 10:15 5421
-  A +

"Bavariya"nın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 finalında "Real"a 2:4 hesabı ilə uduzduqları cavab oyununu şərh edib.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, hakimlikdən narazılğını ifadə edib:

"Hakimlər bizdən pis çıxış etdilər. Mən komandamla fəxr edirəm. Qələbə qazanmaq üçün çalışdıq. Yarımfinala yaxın idik. Amma hakimlər tərəfindən cəzalandırıldıq. Hamı səhv edə bilər. Amma bu oyunda hakim səhvləri seriyası gerçəkləşdirdi. Hakimin qərarları yekun nəticəni müəyyənləşdirdi".

K.Ançelotti Madrid klubunun futbolçusu K.Ronaldonun ikinci qolu oyundankənar vəziyyətdən vurduğunu bildirib:

"Əgər hakim həmin epizodda düzgün qərar versəydi, hər şey başqa cür ola bilərdi. Bu qoldan sonra Çempionlar Liqasında da vidotəkrardan istifadənin vacib olduğunu düşünürəm".

K.Ançelotti oyun sonunda hakimlərlə görüşüb onlara yaxşı iş gördüklərini söylədiyini bildirib.

Daha çox


Son xəbərlər