Əmrah Çəlikəl: «Son sözü PFL deməlidir»

Əmrah Çəlikəl: «Son sözü PFL deməlidir»
XƏBƏR 7 Mart 2010 / 18:20 2108
-  A +

«Qarabağ»ın direktoru Əmrah Çəlikəl Quzanlı stadionunda «Bakı» klubu ilə gələn həftəyə nəzərdə tutulan oyunun yerinin dəyişdirilməsi məsələsinə aydınlıq gətirib. Qol.Az-ın müxbiri ilə söhbətində bu addımı stadionunun ot örtüyünün təmirinə görə atdıqlarını söyləyən Ə.Çəlikəl yaxın 15-20 gün ərzində meydançanın bügünkü standartlar səviyyəsinə çatdıracaqlarını bildirib: «Bir aydan artıqdır ot örtüyünün təmiri prosesi gedir. Xeyli müsbət irəliləyiş var. Bu gün «Xəzər Lənkəran»la oyundan sonra meydançada təmir işləri yenidən davam etdiriləcək. Biz «Bakı» ilə oyunun yerinin dəyişdirilməsi üçün onlara müraciət etdik. Sağ olsunlar, müsbət cavab verdilər. İndi bu məsələ ilə bağlı son sözü PFL deməlidir».
Xatırladaq ki, hər iki klubun qarşılaqlı razılaşmasına əsasən, «Qarabağ» - «Bakı» oyunu Bakıda, «Bakı» - «Qarabağ» oyunu isə Ağdamın Quzanlı qəsəbəsi stadionunda keçiriləcək.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı