“Barselona” qan hiss etsə, bizim sonumuz olacaq” - Kyellini

“Barselona” qan hiss etsə, bizim sonumuz olacaq” -  Kyellini
GÜNDƏM 18 Aprel 2017 / 20:09 5449
-  A +

“Biz işin yalnız yarısını görmüşük. “Barselona” ilə oyunda müdafiədə çox diqqətli olmalıyıq”.

Qol.az-ın xəbərinə görə, bu sözləri “Yuventus”un futbolçusu Corcio Kyellini deyib.

İtaliya mətbuatına danışan təcrübəli müdafiəçi Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona” ilə keçiriləcək cavab matçı ilə bağlı fikirlərini bildirib. Turindəki oyunda komandasının ilk qolunu vuran İtaliya millisinin üzvü rəqiblərini köpək balığına bənzədib:

“Müdafiə olunsaq da, qorxmamalıyıq. Çünki qorxsaq, rəqibimiz köpək balığına dönəcək. Onlar qan hiss etsələr, bizim sonumuz olacaq. Rəqibi qapımıza yaxın qoymamalıyıq. Luis Enrike haqlı olaraq bildirib ki, PSJ ilə oyuna nisbətən indi geridonüş etmək daha asandır”.

Qeyd edək ki,  komandalar arasında cavab matçı sabah “Nou Kamp”da keçiriləcək.


 

Daha çox


Son xəbərlər