"Real" və "Atletiko" yarımfinalda

"Real" və "Atletiko" yarımfinalda
DÜNYA FUTBOLU 19 Aprel 2017 / 01:12 15566
-  A +

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib.

Qol.az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçirilib.

“Real” öz meydanında “Bavariya”nı sınağa çəkib. 90 dəqiqənin sonunda sevinən tərəfə "Bavariya" olub - 2:1. Ümumi nəticə bərabərləşdiyindən, qalib əlavə vaxtda aşkarlanıb. Münhen klubunun azlıqda qalmasından maksimum yararlanan "Kral klubu" 4:2-lik qələbə qazanmaqla yarımfinala adlayıb.

Madridin digər təmsilçisi “Atletiko” isə səfərdə “Lester”lə üz-üzə gəlib. İngiltərə çempionu səfərdəki minimal hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışsa da, 90 dəqiqənin sonunda qalib aşkarlanmayıb - 1:1.


Çempionlar Liqası

1/4 final, cavab oyunları

18 aprel

“Real” (İspaniya) - “Bavariya” (Almaniya) - 4:2
Qollar:
Levandovski, 53-pen (0:1), Ronaldo, 76 (1:1), Ramos, 78-avtoqol (1:2), Ronaldo, 105 (2:2); 109 (3:2), Asensio, 112 (4:2)
Qırmızı vərəqə: Vidal, 84 ("Bavariya")
İlk oyun - 2:1 

“Lester” (İngiltərə) - “Atletiko” (İspaniya) - 1:1
Qollar:
Nigez, 26 (0:1), Vardi, 61 (1:1)
İlk oyun - 0:1

19 aprel

22:45. “Barselona” (İspaniya) - “Yuventus” (İtaliya)
İlk oyun - 0:3

22:45. “Monako” (Fransa) - “Borussiya” (Dortmund, Almaniya)
İlk oyun - 3:2


Son xəbərlər