Kaxaber Sxadadze: "Əlimizə düşən imkanlardan maksimum istifadə etdik"

Kaxaber Sxadadze: "Əlimizə düşən imkanlardan maksimum istifadə etdik"
PREMYER LİQA 7 Mart 2010 / 17:18 3182
-  A +

“Hesab arasındakı fərq böyük olsa da, matç bizim üçün çox çətin keçdi. Əlimizə düşən imkanlardan maksimum dərəcədə istifadə edə bildik. Cavab oyunu da bizim üçün çətin olacaq. Uşaqları göstərdikləri oyuna görə təbrik edirəm”. Qol.Az-ın məlumatına görə, bu sözləri kubokun 1/4  final mərhələsinin “Neftçi” – “İnter” matçından sonra ikincilərin baş məşqçisi Kaxaber Sxadadze deyib. Gürcü mütəxəssis bir sıra əsas oyunçuları meydana buraxmamağına da aydınlıq gətirib: “Samir Abbasov millinin heyətində oyunlarda iştirak etdiyindən ona istirahət verdim. Rubins də Latviya millisinin düşərgəsindən dünən dönüb. Roşanın isə sarı vərəqəsi var. Həm də onun bu gün ad günüdür. Yeri gəlmişkən təbrik edirəm. Roşanın gələcək oyunlarda bizə çox köməyi dəyəcək”.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki