“Qarabağ”ın "qızıl"ı nə vaxt veriləcək? - açıqlama

“Qarabağ”ın "qızıl"ı nə vaxt veriləcək? - açıqlama
ÖLKƏ FUTBOLU 17 Aprel 2017 / 14:43 3203
-  A +

2016/17 mövsümü Topaz Premyer Liqasının qalibi “Qarabağ”a qızıl medallar və çempionluq kuboku “Neftçi”yə qarşı keçiriləcək sonuncu – 28-ci turun oyununda (29 aprel) veriləcək.

Bu haqda Qol.az-a Peşəkar Futbol Liqasının mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, həmin qarşılaşmada “Neftçi”nin meydanında keçiriləcək.

“Qarabağ”ın bu mövsüm sonuncu ev oyunu isə bu həftə öz meydanında “Sumqayıt”a qarşı olacaq. Bəs, həmin matçdan sonra azarkeşlərlə birgə hansısa bayram tədbirinin keçirilməsi nəzərdə tutulubmu?

Klubun baş meneceri Asif Əsgərov Qol.az-a açıqlamasında bildirib ki, bununla bağlı klub rəhbərliyi ilə müzakirələrdən sonra qərar veriləcək.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı