Qurban Qurbanov: «Bu qələbədən arxayınlaşmamalıyıq»

Qurban Qurbanov: «Bu qələbədən arxayınlaşmamalıyıq»
ÖLKƏ FUTBOLU 7 Mart 2010 / 16:35 2334
-  A +

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov «Xəzər Lənkəran»a qarşı bu gün keçirilən matçda güclü küləyin komandasının istədiyi oyunu ortaya qoymasına çətinlik yaratdığını söyləyib. Qol.Az-ın məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanov qələbə qazanmaqlarına baxmayaraq, hələ heç nəyin bitmədiyini söyləyib: «Hər şey cavab oyununda həll olunacaq. Biz arxayınlaşmamalı və cavab oyununa daha ciddi hazırlaşmalıyıq».
Xatırladaq ki, Azərbaycan kubokunun 1/4 final mərhələsinin bu gün keçirilən «Qarabağ» - «Xəzər Lənkəran» oyunu 2:1 hesabı ilə meydan sahiblərinin qələbəsilə başa çatıb.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki