“Mançester Yunayted” Zlatana 20 milyon təklif edir

“Mançester Yunayted” Zlatana 20 milyon təklif edir
DÜNYA FUTBOLU 17 Aprel 2017 / 11:44 3112
-  A +

“Mançester Yunayted” bu mövsümün sonu klubla müqaviləsi başa çatacaq Zlatan İbrahimoviçi saxlamaq istəyir.

Qol.az-ın “Mirror” nəşrinə istinadən yaydığı xəbərə görə, “qırmızı-şeytanlar”ın rəhbərliyi 35 yaşlı hücumçuya yeni müqavilə təklif edib. Lakin isveçli futbolçu hələlik onların müraciətinə cavab verməyə tələsmir.

İddia edilib ki, yeni müqavilədə İbrahimoviçə mövsümə 20 milyon funt (təqribən 24 milyon avro) təklif edilib. Mövcud müqavilənin şərtlərinə görə isə İbrahimoviç mövsümə 12 milyon funt qazanır.

Qeyd edək ki, hazırda İbrahimoviçlə Çin və ABŞ klublarının maraqlandığı bildirilir.


Son xəbərlər