"Çempionluq çətin oldu" - Almeyda

"Çempionluq çətin oldu" - Almeyda
ÖLKƏ FUTBOLU 17 Aprel 2017 / 10:11 2987
-  A +

Qarabağ”ın futbolçusu Riçard Almeyda Topaz Premyer Liqanın 26-cı turunda səfərdə “İnter”i 3:0 hesabı ilə məğlub edərək çempion olduqları oyundan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.


- Ardıcıl olaraq, 4-cü dəfə çempion oldunuz. Nə hisslər keçirirsən?

- Üç il öncəki kimi, bu il də çempionluq çətin oldu. Bəzən eniş, bəzən də yüksəliş dövrlərimiz oldu. Məşqçilər heyəti də və biz futbolçular sona qədər çempionluğa inandıq. Məşqçinin tapşırıqlarını  yaxşı yerinə yetirdik və nəticədə qələbə qazandıq. "İnter"i bu mövsüm məğlub edə bilməmişdik. Bu qələbə xüsusi oldu.

- Qəbul edirsən ki, bu mövsüm çempionluğu daha çətin əldə etdiniz?

- Bəli, razıyam. Bu il daha çətin oldu. Zədəli futbolçularımız var idi. Ancaq həmin futbolçuları əvəz edən oyunçular bu işin öhdəsindən yaxşı gəldilər.

- Çempionlar Liqasında "Qarabağ" uğurlu çıxış edə biləcək?

- Hələ çempionatın bitməyinə iki matç qalıb. Kubokun finalı da var. Yəni, çalışmaq lazımdır. Çempionlar Liqasının qrup mərhələsində çıxış etmək tək mənim yox, məşqçilərin, digər futbolçuların və azarkeşlərin də arzusudur. Çalışacağıq ki, bu arzunu reallaşdıraq.

- Düşünürsən ki, bu çempionluq kubokun final matçını daha da prinsipial edəcək?

- "Qəbələ"nin ustalıq səviyyəsi yüksək olan oyunçuları və güclü məşqçiləri var. Təbii ki, bizdə də belədir. Baş məşqçimiz güclü mütəxəsis və yaxşı insandır. Bizə çox kömək edir və dəstək olur. Artıq 3 oyun qalıb. Həmin matçlara fikir verməliyik. Ümid edirəm ki, həmin gün daha yaxşı çıxış edib, meydandan qalib ayrılacağıq.

Məftun RƏSULZADƏ

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın