"Qarabağ”a buna görə gəlmişəm” - Dino Ndlovu

"Qarabağ”a buna görə gəlmişəm” - Dino Ndlovu
ÖLKƏ FUTBOLU 17 Aprel 2017 / 00:01 5181
-  A +

“Qarabağ”ın futbolçusu Dino Ndlovu Topaz Premyer Liqanın 26-cı turunda səfərdə “İnter”i 3:0 hesabı ilə məğlub edərək çempion olduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
 
- Bu il çempion olmaq daha çətin oldu. Zədəli futbolçularımızın yoxluğu işimizə mane ola bilərdi. Amma böyük klub olduğumuzu bir daha nümayiş etdirdik.Bir-birimizə inamımız sona qədər var idi. Qarşılaşma ərzində “İnter”dən üstün olduq və qələbə qazandıq.
 
- Çempionluğu rəsmiləşdirən oyunda vurduğun 2 qol sənin üçün nə dərəcədə önəmlidir?

- Mənim üçün əsas komandanın nəticəsidir. Düzdür, vurduğum 2 qol oyunun nəticəsinə birbaşa təsir etdi. Nəticədə 3 xal qazandıq və çempionluğu təmin etdik. Şəxsən  mənim üçün  önəmli olmasa da, komanda üçün vacib nəticədir.
 
- Bombardirlik yarışmasında ikinci pillədəsən. Şanslarını nə qədər görürsən?

- Fərdi titullar mənim üçün önəm daşımır. Əvvəllər fərdi mükafatım olsa da, “Qarabağ”a sırf kollektiv mükafatlar qazanmaq üçün gəlmişəm.
 
- Son vaxtlar mətbuata açıqlama verməkdən boyun qaçırırsan. İnciməmisən?

- İlk növbədə bizim işimiz meydanda futbol oynamaqdır. 10 gün ərzində 3-4 oyunumuz var idi və mən həmin matçlara fikrimi yönəltmişdim. Buna görə də boş yerə azarkeşlərimizi ümidləndirmək istəmirdim. Vacib oyunlarımızda yaxşı nəticələr əldə etdik, bundan sonra danışmağa hazıram (gülür).
 
- Növbəti 2 oyunu kubokun finalına hazırlıq saymaq olar?

- Hər bir matça ciddi yanaşırıq. Qarşıdakı 2 oyundan maksimum xal toplamağa çalışacağıq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord