“Hədəf ÇL-in qrup mərhələsidir” – Tahir Gözəl

“Hədəf ÇL-in qrup mərhələsidir” – Tahir Gözəl
ÖLKƏ FUTBOLU 16 Aprel 2017 / 20:52 5482
-  A +

"Mənim üçün sürpriz oldu, gözləmirdim. Möhtəşəm bir qələbə və "Qarabağ”ın çempionluğunu yaşadıq. Buna görə çox sevinirəm. Başda ölkə prezidenti İlham Əliyev olmaqla bütün xalqımızı, "Qarabağ”sevərləri təbrik edirəm”.
 
Qol.az-ın məlumatına görə, bunu "Qarabağ”ın  prezidenti Tahir Gözəl Ağdam təmsilçisinin 5-ci dəfə Azərbaycan çempionu olmasına münasibət bildirərkən deyib.

T.Gözəl söyləyib ki, Topaz Premyer Liqasının 26-cı  turunda səfərdə "İnter”i 3 cavabsız qolla məğlub edərək çempionluğu erkən təmin edən "Qarabağ”ın istəyi Çempionlar Liqasının qrup mərhələsində çıxış etməkdir: "Oyunumuz da gözəl oldu. İnşallah, "Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanar. Bütün fürsətlərdən istifadə edəcəyik. Qurban Qurbanova və komandamıza uğurlar arzulayıram. Baş məşqçimiz transferlərlə məşğul olsun, lazım olan oyunçuları ala bilək. Hesab edirəm ki, Avropadakı klublar üçün çətin bir rəqib olacağıq”.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki