"Başqa yolumuz yoxdu" - "Kəpəz"in qapıçısı

"Başqa yolumuz yoxdu" -  "Kəpəz"in qapıçısı
GÜNDƏM 16 Aprel 2017 / 11:29 2534
-  A +

Bu gün Topaz Premyer Liqanın XXVI turunda “Kəpəz” “Qəbələ”ni qəbul edəcək.

Qol.az-ın xəbərinə görə, komandanın  qapıçısı Davud Kərimi bu görüşlə bağlı klubun saytına açıqlama verib:
 
“Hamımızın fikri qələbə qazanmağa yönəlib. Avroliqaya vəsiqə əldə etmək üçün qarşıdakı bütün oyunlardan üç xal götürməliyik. Başqa yolumuz yoxdur. Futbolçular məsuliyyəti, qarşıya qoyulan vəzifəni yaxşı dərk edir. Bunun üçün əvvəlcə “Qəbələ” ilə görüşdə məqsədimizə çatmalıyıq. Komandada əhval-ruhiyyə yaxşıdır. Hamı doğma meydanda qələbəyə, azarkeşləri sevindirməyə köklənib. Sonuncu turda “Neftçi” üzərindəki qələbə də uşaqları daha da ruhlandırıb. Bu qələbə ilə Avropa yolunda yenidən şans qazandıq”.
 
Qeyd edək ki, "Kəpəz" - "Qəbələ" qarşılaşması saat 16:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın