«Diyarbakırspor» - «Bursaspor» matçında aləm bir-birinə dəydi

«Diyarbakırspor» - «Bursaspor» matçında aləm bir-birinə dəydi
DÜNYA FUTBOLU 6 Mart 2010 / 18:46 2543
-  A +

Türkiyə superliqasında bu gün keçirilən «Diyarbakırspor» - «Bursaspor» oyunu cəmi 15 dəqiqə çəkib. Qol.Az-ın məlumatına görə, tribunalardan meydançaya kənar əşyaların yağış kimi yağdığını görən oyunun baş hakimi matçı yarımçıq dayandırmaq məcburiyyətində qalıb. Kənar əşyalardan biri matçın yan xətt hakimi Kamal Yılmazın başına dəyib. Ümumiyyətlə, yaşanan bu xoşagəlməz olaylardan hakimlə yanaşı, «Bursaspor»un bəzi futbolçuları və jurnalistlər də xəsarət alıb. Əsasən kürdlərin sıx yaşadığı Diyarbakırın stadionunda oyun başlamazdan öncə isə Türkiyənin İstiqlal marşı fitə basılıb. 
Hadisədən sonra «Bursaspor»un futbolçuları polisin əhatəsində stadionu tərk etmək məcburiyyətində qalıblar. Bu zaman bir qrup azarkeş polisi və «Bursaspor»un avtobusunu daşlamağa başlayıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı