Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Tariximiz
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
Eddi “Kadiz”ə qələbə qazandırdı - Video

Yazarlar
 Getdi...
Aydın BAĞIROV
 Tanımadığımız "Fola"nın tanış simaları
Anar Şabanoğlu
 Olmayan Ağdam və olan Tovuz…
Aqil Abbas
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
"Qəbələ"nin möhtəşəm qələbəsi - Şəkillər
Top 5
Klublarımızın yay transferləri - Yenilənir
“Qəbələ” mərhələni qələbə ilə keçdi
Avroliqada 3-cü mərhələyə yüksələn - 33 komanda
“Təhqiri dayandırın!” - "Şerif"dən azərbaycanlı azarkeşlərə
Kamran Ağayev Çexiya klubunda
Linklər
525ci Qəzet

"Premyer Liqada oynamaq üçün maneə görmürəm" - Əsgər Abdullayev
A A A

[14.04.2017]
"Premyer Liqada oynamaq üçün maneə görmürəm" - <b style="color:red"> Əsgər Abdullayev</b>
Xəbər verdiyimiz kimi, Azərbaycan I divizionda mübarizə aparan "Turan Tovuz" klubu mövsümün sonuna iki tur qalmış Premyer Liqaya vəsiqəni təmin edib.

Komandanın baş məşqçisi Əsgər Abdullayev bununla bağlı Qol.az-ın suallarını cavablandırıb.


- "Turan Tovuz"un Premyer Liqada oynaması üçün komandada hansı işlər görülməlidir?

- Birinci divizionda Premyer Liqanın fərqi hiss olunur. Orda oynamaq üçün bir neçə yeni oyunçu dəvət etməliyik. Komandamızın hələ I divizionda iki oyunu qalıb. Mövsüm başa çatandan sonra heyətimiz haqda dəqiq danışa bilərik. Tovuz futbol bölgəsidir. Burda hamı futbolla yaşayır. "Turan Tovuz" Premyer Liqaya güc, rəngarənglik qatar. Bu komanda uzun müddtə Premyer Liqada oynayıb. Azərbaycanı ilk dəfə avrokuboklarda təmsil edib. İndi də komandada perspektivli futbolçular çoxdur. Buna görə də komandamızı Premyer Liqada görməyi çox istəyirəm.

- Birinci divizionda mübarizə aparmış komanda üçün Premyer Liqada oynamaq nə dərəcədə çətin olar? Yəni diviziondakı rəqabət yetərincədirmi?

- Divizionda bir neçə komanda arasında rəqabət gedir. Burda mübarizə aparmaq düşündüyümüz qədər də asan deyil. Mövsümün sonuna iki tur qalmasına baxmayaraq, bilinmir ki, hansı komanda çempion olacaq. Yəni rəqabət böyükdür. Biz heç vaxt komandaları reytinqə bölməmişik. Təbii ki, diviziondan Premyer Liqaya yüksələn komandanın kifayət qədər təcrübəsi olur.

- "Turan Tovuz"dan başqa hansı komandalar Premyer Liqada oynamğa qadirdi?

- Məncə, bir neçə bölgənin komandası Premyer Liqada çıxış etsə, daha yaxşı olar. Yəni əyalət təmsilçilərini yüksək liqada görmək istərdim. Ancaq təbii ki, sponsor amili də var. Klub rəhbərliyi çalışmalıdır ki, komandanın təminatını yerinə yetirsin. Məşqçinin məqsədi komandanı hazırlamaq, yer tutmaqdır. Klub rəhbərliyinin işi də komandanı maliyyələşdirməkdir. Bu gün bir çox klubumuz AFFA tərəfinən maliyyələşdirilir. Buna görə də maliyyə məsələsi vacib şərtdir. Bizim kluba gəldikdə isə mənə aid olan işi görmüşəm. Bundan sonra hər şey rəhbərlikdən asılıdır.

- Klub rəhbərliyinin fikri nədir?

- Klub rəhbərliyi komandamızın Premyer Liqada oynaması üçün çox maraqlıdır. Çalışırlar ki, yeni sponsor tapılsın. Müəyyən işlər aparılır. Rayon rəhbərliyi də "Turan Tovuz"u elitada görmək istəyir. Onlar Tovuzda keçirilən hər bir oyuna gəlir, bizimlə söhbət edir. Gördüklərimə əsasən deyə bilərəm ki, həm klub, həm də rayon rəhbərliyi komandanın Premyer Liqada oynamasına çalışır.

- "Turan Tovuz" klubu Premyer Liqada çıxış etmək üçün UEFA-nın tələblərinə cavab verir?

- Bəli, bizdə uşaq futboluna da diqqət ayrılıb. Yaxşı bazamız var. Klubumuzda hər şey UEFA-nın qoyduğu şərtələrə uyğundur. Təkcə maliyyə məsələsi qalır. İnanıram ki, klub rəhbərliyi bu məsələnin də öhdəsindən gələcək.

- Biz şahidi olmuşuq ki, komanda Azərbaycan birinci divizionunda çempion olur, ancaq müəyyən səbəblərdən Premyer Liqada çıxış etmir. "Turan Tovuz" da bu cür halla üzləşə bilər?

- Bizim heç bir lisenziya problemimiz yoxdur. Premyer Liqada oynamaq üçün hansısa maneə görmürəm.

- Deməli, komandanın Premyer Liqada oynaması üçün hər şey klub rəhbərliyinin ayıracağı büdcədən asıldır.

- Bəli. Təbii ki, Premyer Liqada oynayan komandanın müəyyən büdcəsi olmalıdır ki, heyəti də gücləndirə bilsin.

- Komandaya maddi dəstək göstərilməsi hazırkı heyətlə Premyer Liqada mübarizə aparmaq olar? Hər halda heyət həvəsli futbolçulardan ibarətdir.

- Hər bir klubun öz strateji planı var. Hər şey klubun qarşısına qoyduğu məqsəddən asılıdır. Premyer Liqada titul qazanmaq istəyiriksə, heyət güclənməlidir. Ona görə də hazır futbolçular gəlməlidir. Əlbəttə, perspektivli futbolçularımıza da şans vermək şərti ilə. Autsayderlər qrupunda yer almaqdansa Premyer Liqaya çıxmamaq daha yaxşıdır.  Əgər Premyer Liqada oynasaq, yəqin ki, müəyyən büdcəmiz  olacaq. Hazırda heyətimizin böyük əksərriyəti yerli futbolçulardır. Tovuz futbolunun yetirmələri üstünlük təşkil edir. Demək istəyirəm ki, həmişə olduğu kimi, indi də Tovuzda futbolçular yetişir. Klub rəhbərliyinin iclasında bütün məsələlərə aydınlıq gələcək.

Ramiq AĞAMƏMMƏDOV
5100 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
21.07.2017  00:41 "Kimdənsə nəsə gizlətmirik" - Rəşad Sadıqov
19.07.2017  00:14 “Hava bizi boğurdu” - Maksim Medvedev
14.07.2017  00:15 "Hakim bizi çox sıxdı" - Cavid Hüseynov
12.07.2017  00:45 “Özümü yox, komandamı təbrik edirəm” - “Qarabağ”ın yeni transferi
12.07.2017  00:00 "Qarabağ" heç vaxt səfərlərə turist kimi getmir" - Əmrah Çəlikəl
05.07.2017  14:25 “Tənqidə fikir versəydim, futboldan çoxdan gedərdim” – Elxan Abdullayev
04.07.2017  12:42 "Tənqid "Neftçi"nin alnına yazılıb”
23.06.2017  14:03 “Differdanj”ı Bakıda təəccübləndirməliyik” – Ayxan Abbasov
21.06.2017  15:32 "Ən güclü rəqiblə qarşılaşacağıq" - Səlahət Ağayev
08.06.2017  17:15 “4 as məşqçiyik, amma qalmışıq kənarda" - Böyükağa Hacıyev
01.06.2017  14:05 “Tez-tez klub dəyişməyin ziyanını gördüm" - Rauf Əliyev
31.05.2017  17:04 "Qəbələ"də daha çox oynaya bilərəm" - İlqar Qurbanov
31.05.2017  14:52 "İşləməyə gücüm də var, ağlım da" - Ağasəlim Mircavadov
25.05.2017  15:05 "Bizdən pula görə gedib, “Neftçi” və “Qəbələ”dən təklif alıb"
19.05.2017  14:53 "Almeydaya elə şərait yaradırıq ki, millidə sıxılmasın" - Qara Qarayev
04.05.2017  14:33 “Ev oyunlarımızı AZAL-ın stadionunda keçirməyəcəyik” – Ayxan Abbasov
23.04.2017  20:58 Qara Qarayev: “Neftçi”yə keçsəm...”
10.04.2017  14:00 "Çempionluq üçün 5-10 faiz şansımız qalıb" - Rəşad Sadiqov
10.04.2017  09:42 "Xaricə getmək haqda düşünürəm" - Qara Qarayev
10.04.2017  00:30 “Qarabağ”ı dəstəkləmək üçün Bakıya qayıdacam” – Zabit Səmədov
 
 
  23.07.17
14:27
  "Anderlext" superkuboku qazandı
13:45
  Zidan yeni hücumçu istəyir
13:00
  Günün canlı oyunları - Etopaz-da
12:24
  "Real"ın futbolçusu "Mançester Siti"də - rəsmi
11:45
  “Barselona” Neymarsız keçinə bilməz” – Valverde
11:06
  Cüdoçumuz erməniyə qalib gəldi
10:40
  "Barselona" "Yuventus"dan güclü oldu - Video
10:05
  Eddi “Kadiz”ə qələbə qazandırdı - Video
10:02
  "Qarabağ”a getmək barədə düşünür"
09:50
  "Sumqayıt" "Sivasspor"a qarşı
01:10
  “Qəbələ”yə qarşı oynamayacaqlar
00:45
  "Liverpul"un qələbəsi - Video
00:10
  "Şerif" Bakıya xal itkisi ilə gəlir
00:01
  Klublarımızın yay transferləri - Yenilənir
  22.07.17
22:45
  "Çelsi"dən "Arsenal"a 3 qol - Video
22:32
  Ramil Şeydayevin komandası məğlubiyyətlə başladı
21:35
  "Kəpəz" yenə uduzdu
20:41
  Millimizin üzvü oynamadı, komandası heç-heçə etdi
20:09
  "Liverpul" "Lester"i uddu
19:18
  "Çelsi" "Arsenal"a qalib gəldi
18:15
  “Qarabağ”ın oyununda ajiotaj gözlənilir
17:31
  Neymar gedir?
16:44
  Məsimovun komandası uduzdu
16:08
  “Milan” “Bavariya”nı darmadağın etdi - Video
15:46
  "Yuventus"dan getdiyinə görə özünü satqın saymır
15:07
  “Qarabağ” və “Şerif”in şansı bərabərdir” – Aleksey Savinov
14:40
  "Real"ın yeni 10 nömrəsi
14:17
  "Şerif" Bakı planını açıqladı
13:00
  "Qəbələ"nin 109 yaşlı rəqibi
12:36
  "Neftçi" "Zirə"ni məğlub etdi - Video
12:10
  “Panatinaikos” iştirak ərizəsini UEFA-ya göndərdi
11:53
  "Qarabağ"ın formaları satışa çıxarılır
11:44
  "Qarabağ" - "Şerif": hakim təyinatları açıqlandı
11:20
  "Qəbələ" "Panatinaikos"la oyunun hazırlıqlarına başladı
11:07
  "Qarabağ"la oyuna köklənməliyik" - "Şerif"in qapıçısı
10:35
  Kaxaber Sxadadze istefa verdi
10:15
  "Neftçi" - "Zirə" - Şəkillər
09:53
  Aleksis Sançes PSJ ilə razılığa gəldi
01:57
  “Milan”ın növbəti hədəfi - Dieqo Kosta
01:33
  “Yuventus” imtina etdi, “İnter”ə keçir
01:14
  İtaliyanın ən bahalı müdafiəçisi oldu
00:51
  Milli Mətbuatımız 142 yaşında - bu gün jurnalistlərin bayramıdır
00:26
  Neymar PSJ-də?
00:00
  Van Persi “Fənərbaxça”dan ayrıla bilər
  21.07.17
22:37
  "Neftçi" "Zirə"yə qalib gəldi
21:54
  Morata "Çelsi" ilə müqavilə imzaladı - 5 illik
20:18
  "Kostanı yanvardan satmağa qərar vermişəm" – Konte
19:45
  "Bavariya"nın ÇL-də geyinəcəyi yeni forması - Şəkillər
19:25
  "Liverpul" müdafiəçi aldı - 10 milyona
18:48
  “Atletiko”dan “Nyukasl”a
18:35
  “Çelsi” onu da icarəyə verdi
18:11
  "Mançester Siti"nin futbolçusu "Roma"da
17:44
  "Bizi asan olmayan iki oyun gözləyir" - Qurban Qurbanov
17:15
  "Uduzmaqdan qorxmuruq" - Şahin Diniyev
16:40
  UEFA-dan Əliyara növbəti təyinat
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore