"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi 2 ay sonra istefaya göndərildi

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi 2 ay sonra istefaya göndərildi
DÜNYA FUTBOLU 14 Aprel 2017 / 14:43 2787
-  A +

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Oğuz Çətin Türkiyənin "Qaziantep BB" klubdan qovulub.

Qol.az xəbər verir ki, I liqa təmsilçisinin rəhbərliyi 54 yaşlı mütəxəssisi istefaya göndərməyi qərar verib. Buna komandanın uğursuz çıxışı səbəb olub.

O.Çətini vəzifəsində Hüseyn Kalpar əvəzləyib. Yeni çalışdırıcının qarşısında duran əsas məqsəd komandanı II liqaya düşməkdən xilas etmək olacaq.

Çətin Qazinantep klubuna bu ilin fevralında baş məşqçi təyin olunmuşdu.

Xatırladaq ki, O.Çətin 2013/14 mövsümündə “Xəzər Lənkəran”da yardımçı məşqçi, 2014-cü ildə isə baş məşqçi işləyib.


Son xəbərlər