Bığlı Ronaldo (FOTO)

Bığlı Ronaldo (FOTO)
DÜNYA FUTBOLU 6 Mart 2010 / 16:16 3457
-  A +

Bir qrup portuqaliyalı azarkeş milli komandalarının futbolçusu Ronaldonun 2010-cu il dünya çempionatının final mərhələsində bığ buraxması təklifini irəli sürüblər. Qol.Az-ın məlumatına görə, bununla bağlı Facebook-da kampaniyaya başlanılıb.
Qeyd edək ki, azarkeşlər bu günlərdə Portuqliya və Çin komandaları arasında keçirilən yoxlama oyununda “Dünya çempionatında bığlı futbolçulardan ibarət komanda istəyirik» şüarlı plakat da açıblar. Həmin oyunda azarkeşlər Ronaldonun bığlı imici olan portretini də nümayiş etdiriblər. “Gerçək portuqaliyalının bığı olmalıdır. Biz bununla rəqibə psixoloji təsir göstərə də bilərik. Yaşasın bığ!» - deyə Facebook-da açıqlama yayan azarkeşlər ilk olaraq millinin baş məşqçisi Karlos Quierozun bığ buraxmasını təklif ediblər.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın