"Qarabağ" çempionluğa daha da yaxınlaşdı

"Qarabağ" çempionluğa daha da yaxınlaşdı
PREMYER LİQA 9 Aprel 2017 / 22:21 17920
-  A +

Topaz Premyer Liqasında 25-ci tura bu gün start verilib.

Qol.az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçirilib. Turun açılış matçı Gəncədə oynanılıb.

“Kəpəz” “Neftçi”ni sınağa çəkib və 2:0 hesabı ilə qalib gəlib.

Günün ikinci oyunu isə Respublika stadionunda keçirilib. Son illərin çempionu “Qarabağ” cari mövsümdəki əsas rəqibi “Qəbələ” ilə görüşüb. Matç 0:0 hesabı ilə yekunlaşıb və komandalar arasında 4 xallıq fərq qalıb. Beləliklə, çempionatın sonuna 3 tur qalmasına baxmayaraq, Ağdam kluba çempionluğa bir qədər də yaxınlaşıb. 


Topaz Premyer Liqası

25-ci tur

9 aprel



20:30. “Qarabağ” - “Qəbələ” - 0:0
Hakimlər:
Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Orxan Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu

16:00. “Kəpəz” - “Neftçi” - 2:0
Qol:
Tural Axundov, 13-pen, 41-pen
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Mübariz Haşımov, Ömər Paşayev
Gəncə şəhər stadionu

10 aprel

15.00. "Zirə" - "İnter"

17.30. AZAL - "Sumqayıt"


N Klublar O Q H M T-F X
1 Qarabağ 25 16 5 4 39-12 53
2 Qəbələ 25 13 10 2 43:14 49
3 İnter 24 11 9 4 36:23 42
4 Zirə 24 8 7 9 20-23 31
5 Sumqayıt 24 7 7 10 22-27 28
6 Kəpəz 25 6 9 10 19-26 27
7 Neftçi 25 8 2 15 19-40 26
8 AZAL 24 1 7 16 11-39 10

Bombardirlər:  Filip Ozobiç ("Qəbələ") - 11 qol, Rauf Əliyev ("İnter") - 8 qol,  Baqali Dabo ("Qəbələ") - 7 qol, Dino Ndlovu ("Qarabağ") - 7 qol


Son xəbərlər