Fatim Terim Bülənt Qorxmazın Azərbaycandakı fəaliyyətindən danışdı

Fatim Terim Bülənt Qorxmazın Azərbaycandakı fəaliyyətindən danışdı
DÜNYA FUTBOLU 4 Mart 2010 / 17:41 3550
-  A +

Məşhur türkiyəli mütəxəssis Fatih Terim “Bakı” klubunun baş məşqçisi Bülənt Qorxmazın fəaliyyətindən danışıb. Qol.Az-ın məlumatına görə, Terim Türkiyə millisində uzun illər rəhbərliyi altında oynayan kapitanı nümunə göstərərək, onun ölkəmizdəki işini qeyd edib. Terim bu fikri digər yetirməsi Tuqay Kərimoğlunun “Qalatasaray”da təyinatı ilə bağlı təşkil olunan tədbirdə səsləndirib. 40 yaşlı Tuqay karyerasını bitirdikdən sonra “Cim Bom”a uşaq futbol məktəbinin rəhbəri kimi qayıdıb. Bu etimada görə tədbirə qatılan “Qalatasaray”ın prezidenti Adnan Polata minnətdarlıq edən “İmperator” təbriklərini çatdırıb: “Artıq Tuqay aid olduğu camiəyəyə uşaq futbolunda xidmət edəcək. O, yeni tuqaylar, oktaylar, ardalar, şükürlər yetişdirmək üçün çalışacaq. Gənclərə nəyin doğru, nəyin yanlış olduğunu göstərəcək. Bu, Kərimoğlu üçün daha böyük vəzifələrin bir başlanğıcı olacaq. “Qalatasaray”da yaşadığım sevinclərin ona da nəsib olmasını diləyirəm. Buraya bir çox insanlar xidmət etdi. Rəhmətlik Salih hocadan Əli Yavaşa qədər hər kəs vəzifə aldı. Bir çox mütəxəssis dünya futboluna xidmət edir. Bülənt Qorxmaz Azərbaycanda bir uşaq futbol məktəbi yaradır. Tuqay da çox önəmli bir yerə gəldi”.

 


Son xəbərlər