"Qarabağ"la "Qəbələ" arasında xal fərqi 4-ə yüksəldi

"Qarabağ"la "Qəbələ" arasında xal fərqi 4-ə yüksəldi
PREMYER LİQA 2 Aprel 2017 / 20:26 18367
-  A +

Topaz Premyer Liqasında XXIV turun oyunları keçirilib.

Qol.az-ın məlumatına görə, bu dəfə turun görüşləri eyni gündə oynanılıb. 

Turun ilk oyunu Sumqayıtda keçirilib. Eyniadlı komanda “Neftçi”ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Həftəarası ölkə kubokunda “Neftçi” kimi məğlubiyyət acısı yaşayan “İnter” AZAL-ı qəbul edib. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1. Bu məğlubiyyətlə AZAL-ın Premyer Liqanı tərk etməsi rəsmiləşib. 

Lider “Qarabağ” Respublika stadionun “Kəpəz”lə üz-üzə gəlib və qələbə qazanıb.

Turun mərkəzi matçı isə Qəbələdə oynanılıb. “Qırmızı-qaralar” Zirəni qəbul edib və 2 mühüm xal itirib. Bununla da "Qarabağ"la "Qəbələ"" arasında xal fərqi 4-ə yüksəlib.


2 aprel (bazar)



18:30. “Qarabağ” - “Kəpəz” - 2:1
Qol:
Renan Silva, 26 (0:1), Dino Ndlovu, 41 (1:1), Miçel, 47 (2:1)
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Vüsal Qənbərov, Əliyar Ağayev
Tofiq Bəhramov adına Respublika stadionu

18:30. “Qəbələ” - “Zirə” - 1:1
Qol:
Sergey Zenyov, 8 (1:0), Sezar Meza Kolli, 61 (1:1)
Hakimlər: İnqilab Məmmədov, İsgəndər Əliyev, Cavanşir Yusifov, Elvin Əsgərov
Qəbələ şəhər stadionu

16:30. “Sumqayıt” - “Neftçi” - 2:0
Qollar:
Bəxtiyar Həsənəlizadə, 60, Amil Yunanov, 63
Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Cəmil Quliyev, Ramil Diniyev
“Kapital Bank Arena”

17:00. “İnter” - AZAL - 2:1
Qol:
Denis Silva, 48 (1:0), Rauf Əliyev, 90+1 (2:0), Ruslan Əmircanov, 90+3 (2:1)
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elşad Abdullayev, Fariz Yusifov
“İnter Arena”

N Klublar O Q H M T-F X
1 Qarabağ 24 16 4 4 39-12 52
2 Qəbələ 24 13 9 2 43:14 48
3 İnter 24 11 9 4 36:23 42
4 Zirə 24 8 7 9 20-23 31
5 Sumqayıt 24 7 7 10 22-27 28
6 Neftçi 24 8 2 14 18-37 25
7 Kəpəz 24 5 9 10 17-26 24
8 AZAL 24 1 7 16 11-39 10

Bombardirlər:  Filip Ozobiç ("Qəbələ") - 11 qol, Rauf Əliyev ("İnter") - 8 qol,  Baqali Dabo ("Qəbələ") - 7 qol

Daha çox


Son xəbərlər