«Qarabağ»a bəd, «Xəzər Lənkəran»a şad xəbər

«Qarabağ»a bəd, «Xəzər Lənkəran»a şad xəbər
PREMYER LİQA 4 Mart 2010 / 15:15 3928
-  A +

Azərbaycan milli komandasının İordaniyaya qarşı oyununda zədələnən «Qarabağ»ın gənc yarımmüdafiəçisi Əfran İsmayılov ölkə kubokunun bu həftənin bazar günü keçiriləcək 1/4 final mərhələsinin ilk matçında meydana çıxa bilməyəcək. Bu haqda Qol.Az-a «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov məlumat verib. Onun sözlərinə görə, əzələsi dartılan Əfran İsmayılov sabah müayinədən keçəcək. «Əfranın ağayında ağrılar var. Bu səbəbdən futbolçu «Xəzər Lənkəran»la kubokun ilk oyununda meydana çıxa bilməyəcək. Sabahkı müayinədən sonra Əfranın yaşıl meydanlara nə vaxt dönəcəyi tam dəqiqləşəcək».

Son xəbərlər