"Tottenhem"in futbolçusu mövsümü başa vurdu

"Tottenhem"in futbolçusu mövsümü başa vurdu
XƏBƏR 30 Mart 2017 / 00:31 2606
-  A +

“Tottenhem”in yarımmüdafiəçisi Erik Lamela mövsümü başa vurub.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, baldırındakı zədə səbəbindən ötən ilin oktyabrından oyuna çıxmayan 25 yaşlı futbolçu bir neçə gün əvvəl əməliyyat edilib.

Bu səbəbdən o, mövsümün sonuna qədər meydana çıxa bilməyəcək.

Qeyd edək ki, cari mövsümdə 14 oyun keçirən argentinalı futbolçu 2 qol vurub, 5 məhsuldar ötürmə edib.

Daha çox


Son xəbərlər