Ümid edirəm ki, "Bursaspor" formasını uzun illər geyinəcəm" - millimizin futbolçusu

Ümid edirəm ki, "Bursaspor" formasını uzun illər geyinəcəm" - millimizin futbolçusu
GÜNDƏM 29 Mart 2017 / 21:00 4643
-  A +

“Böyük bir komandaya keçdim. Ümid edirəm ki, bu formanı uzun illər geyinəcəm. “Bursaspor”u uşaqlığımdan bəri izləyirəm. 2010-cu ildəki çempionluğu da yaxşı xatırlayıram".

Qol.az-ın məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət millimizin yarımmüdafiəçisi Ozan Can Kökcü "Bursaspor"la 4 illik müqavilə imzaladıqdan sonra klubun rəsmi saytına deyib.

"Uşaq vaxtı çıxış etdiyim “Qroningen”in çalışdırıcısı daha əvvəl Türkiyədə oynadığı üçün ondan türk futbolu haqqında soruşmuşdum. O isə mənə öz üzərində çox işləsən, yaxşı yerlərə gələ bilərsən demişdi. Mən də “Bursaspor”u seçdim. Ən sevdiyim oyunçu isə kapitan Pablo Batalladır. Çox yaxşı futbolçudur" - deyə o bildirib.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki