Millimizin daha bir futbolçusu "Bursaspor"da

Millimizin daha bir futbolçusu "Bursaspor"da
ÖLKƏ FUTBOLU 29 Mart 2017 / 20:49 7184
-  A +

21 yaşadək futbolçulardan ibarət millimizin futbolçusu Ozan Can Kökcü "Bursaspor"a transfer olunub.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 18 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ozan Can Kökcü bundan əvvəl "Feyenoord"da çıxış edirdi. Onunla "Fənərbaxça"nın da maraqlandığı iddia edilirdi.

Xatırladaq ki, millimizin hücumçusu Dəniz Yılmaz da "Bursaspor"da çıxış edir.

Daha çox


Son xəbərlər