"Qərarımı verməmişəm" - Məsut Özil

"Qərarımı verməmişəm" - Məsut Özil
XƏBƏR 29 Mart 2017 / 19:32 5630
-  A +

"Arsenal"ın futbolçusu Məsut Özil gələcək karyerası ilə bağlı açıqlama verib.

Qol.az-ın "Bild"ə istinadən yaydığı xəbərə görə, gələcəyi ilə bağlı yekun qərarı vermədiyini deyib: "Arsenal"la 1 illik müqaviləm var. Hələ qərarını verməmişəm. Futbolda hər şey ola bilər. Mövsüm başa çatdıqdan sonra bununla bağlı fikirləşəcəm".

M.Özil Almaniya Bundesliqasında çıxış etmək ehtimalı olduğunu da vurğulayıb: "Almaniyaya qayıtsam, ailəm də çox sevinəcək".

Qeyd edək ki, M.Özilin "Arsenal"dan ayrılacağı iddia edilir.


Son xəbərlər