"Bundan sonra xal itirə bilmərik" - "Kəpəz"in kapitanı

"Bundan sonra xal itirə bilmərik" -  "Kəpəz"in kapitanı
XƏBƏR 29 Mart 2017 / 17:46 1685
-  A +

Topaz Premyer Liqasının XXIV turunda səfərdə “Qarabağ”la qarşılaşacaq “Kəpəz” oyuna hazırlığı Bakıda davam etdirir.

Qol.az-ın xəbərinə görə, komandanın kapitanı Tural Axundov Ağdam təmsilçisi ilə oyun öncəsi klubun saytına açıqlama verib.

O, liderlə oyunun ağır olacağını bildirib: “Uğurlu çıxışımızın ardını gətirmək istəyirik. Bundan sonra xal itirə bilmərik. Bizə məqsədimizə nail olmaq üçün qələbə lazımdır. Bilirik ki, “Qarabağ”a qarşı görüş ağır keçəcək. Rəqib çox güclüdür. Odur ki, məşqlərdə əzmlə çalışırıq. Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə qazanaq. Milli komandaların seçmə oyunları səbəbindən çempionatda yaranan fasilə xeyrimizə işlədi. İlk növbədə yaxşı istirahət edib psixoloji vəziyyətimizi düzəltdik. Növbəti oyunlara hazırlaşmaq üçün daha çox vaxtımız oldu”.

Qeyd edək ki, "Qarabağ" - "Kəpəz" matçı aprelin 2-də "Azərsun Arena"da keçiriləcək.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı