“Barselona”dan Arda açıqlaması: zədəsi ciddidir

“Barselona”dan Arda açıqlaması: zədəsi ciddidir
XƏBƏR 29 Mart 2017 / 15:45 6335
-  A +

“Barselona” futbolçusu Arda Turanın durumu ilə bağlı açıqlama yayıb.

Qol.az-ən xəbərinə görə, açıqlamada bildirilib ki, bu gün səhər aparılan tibbi müayinədən sonra türk oyunçunun əzələsinin dartıldığı bildirilib. Zədəsi ciddi olan Ardanın müalicəsi 3 həftə davam edəcək və bu müddətdə futbolçu yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi Türkiyə millisinin düşərgəsində olarkən zədə alıb.


Son xəbərlər