"İnter" - "Qəbələ": kimlər oynamayacaq?

"İnter" - "Qəbələ":  kimlər oynamayacaq?
ÖLKƏ FUTBOLU 29 Mart 2017 / 12:41 2182
-  A +

Sabah Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda "İnter" "Qəbələ"ni qəbul edəcək.

Hər iki klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, komandaların heyətində müəyyən itkilər var.

"İnter"in qapıçısı Səlahət Ağayev zədə səbəbindən bu vacib qarşılaşmanı buraxacaq. Yarımmüdafiəçi Fuad Bayramov sarı vərəqə limitini doldurduğundan cəzalı duruma düşüb. Müdafiəçi Abbas Hüseynov isə qripə yoluxub. Onun da "Qəbələ" ilə görüşü buraxacağı gözlənilir.

"Qəbələ"də isə bir müddətdir zədədən əziyyət çəkən Vitali Vernidubun meydana çıxmayacağı dəqiqdir. Tellur Mütəllimov və Elvin Camalov zədəsini sağaltsa da, sabahkı oyunda iştirak edib-etməyəcəkləri sual altındadır. Hələlik onlar fərdi məşqlər edirlər.

Qeyd edək ki, "İnter Arena"da keçiriləcək görüş saat 17:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı