Ronaldo TOP-10-da

Ronaldo TOP-10-da
DÜNYA FUTBOLU 29 Mart 2017 / 12:35 4189
-  A +

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo futbol tarixində milli komandalarda ən çox qol vuran ilk 10 futbolçu arasında daxil olub.

Qol.az-ın yaydığı xəbərə görə, İsveçlə yoxlama oyununda fərqlənən 32 yaşlı futbolçu millidəki qollarının sayını 71-ə yüksəldib. Bununla da o, futbol tarixinində yığmalarda ən çox qol vuran oyunçuların siyahısında ilk 10-luğa düşüb.

Ronaldo millidə hərəyə 71 qol vuran Kinnah Phiri (Malavi), Majed Abdullah (Səudiyyə Ərəbistanı), Kiatisuk Senamuang (Tailand) və Miroslav Kloze (Almaniya) ilə birgə 8-ci pillədə qərarlaşıb. O, daha 6 qol vuracağı təqdirdə futbol kralı Peleyə (77 qol) çatacaq.

Qeyd edək ki, bu siyahıda ilk pilləni 109 qolla İran millisinin əslən azərbaycanlı futbolçusu olmuş Əli Daei (İran) başçılıq edir.


Son xəbərlər