"Neftçi" - "Qarabağ": Almeyda oyunu buraxa bilər

"Neftçi" - "Qarabağ":  Almeyda oyunu buraxa bilər
ÖLKƏ FUTBOLU 29 Mart 2017 / 12:22 3487
-  A +

Sabah Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Neftçi" "Qarabağ"ı qəbul edəcək.

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun Qol.az-a verdiyi məlumata görə, komandanın aparıcı üzvü Riçard Almeyda bu görüşü buraxa bilər.

Qasıq nahiyəsində zədəsi olan braziliyalı yarımmüdafiəçinin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək. Ağdam klubunun başqa zədəli və cəzalı futbolçusu yoxdur.

"Neftçi"nin mətbuat xidmətinin rəhbəri Mehman Rəsulovdan aldığıımız məlumatda isə bildirilir ki, Ruslan Abışovun zədə səbəbindən sabahkı matçı buraxacağı dəqiqdir. Klublar arasındakı məlum razılaşmaya görə Namiq Əlsəgərov sabiq komandasına qarşı oynamayacaq.

Qeyd edək ki, 8-ci kilometr qəsəbə stadionunda keçiriləcək oyun saat 19:30-da başlayacaq.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq