Videotəkrara baxıldı, Qrizmannın qolu ləğv edildi - Video

Videotəkrara baxıldı, Qrizmannın qolu ləğv edildi - Video
VİDEO 29 Mart 2017 / 11:59 4728
-  A +

Beynəlxalq yoldaşlıq oyunları çərçivəsində keçirilən Fransa – İspaniya matçında (0:2) videotəkrardan istifadə edilib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, oyunun 48-ci dəqiqəsində Fransa millisinin hücumçusu Antuan Qrizmann qol vurub. Ancaq qol epizodunda oyundankənar vəziyyətin olub-olmamasını müəyyənləşdirmək üçün videotəkrarın köməyinə ehtiyac duyulub.

Matçın baş hakimi Feliks Zvayer videotəkrara baxıb əmin olduqdan sonra qolun oyundankənar vəziyyətdən vurulduğuna dair qərar çıxarıb.





Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın