“Qəbələ” və “Neftçi”nin futbolçuları darmadağına sevindilər

“Qəbələ” və “Neftçi”nin futbolçuları darmadağına sevindilər
XƏBƏR 29 Mart 2017 / 00:00 3340
-  A +

Gürcüstan millisi yoxlama oyununda Latviya ilə üz-üzə gəlib.

Qol.az-ın məlumatına görə, matçın iştirakçıları arasında “Neftçi”nin müdafiəçisi Georgi Navalovski və “Qəbələ”nin yarımmüdafiəçisi Nika Kvekveskiri də olub.

Hər iki futbolçu Gürcüstan millisinin start heyətində yer alıb. Navalovski 76-cı dəqiqədə əvəzləndiyi halda, Nika 90 dəqiqə meydanda olub.

Görüş Gürcüstan yığmasının 5:0 hesablı qələbəsi ilə tamamlanıb.

Son xəbərlər