“Bizdə qəribə adamlar var” – Prosineçki

“Bizdə qəribə adamlar var” – Prosineçki
ÖLKƏ FUTBOLU 28 Mart 2017 / 14:15 8459
-  A +

Millimizin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsində Ukrayna üzərindəki qələbəyə (1:0) görə Xorvatiya millisini tənqid edənlərə etirazını bildirib.

Qol.az narod.hr saytına istinadən xəbər verir ki,  xorvat mütəxəssis deyib:

“Bizdə qəribə adamlar var. Komanda qalib gəlsə də, tənqid edirlər. Camaat, biz güclü komandanı udmuşuq. Şevçenkonun gəlişindən sonra Ukrayna əvvəlkindən daha yaxşı oynayır. Biz yaxşı oyun keçirdik. Görün, bu mövsüm bizim futbolçular neçə oyunda meydana çıxıb. Modriç əla təsir bağışlamasa da, yaxşı idi. Fikrimcə, bu qələbə sayəsində Xorvatiya Rusiyada keçiriləcək dünya çempionatına doğru ciddi addım atdı”.

Qeyd edək ki, hazırda Xorvatiya 13 xalla I qrupunun lideridir.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı